"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanın yeni köməkçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Mikel Artetanın "şəhərlilər"dən ayrılmasından sonra boş qalmış bu vəzifəyə Xuan Manuel Lillo təyin edilib.

54 yaşlı mütəxəssis son olaraq Çinin "Qingdao Huanghai" klubunu çalışdırıb və onun komandası Çin Superliqasına yüksəlib.