Mayın 4-də Bakıda ASK Arenada II Liqanın XXIII turu çərçivəsində keçiriləcək "Şəfa" - "Şahdağ Qusar" oyununa biletlərin satışından əldə olunacaq bütün gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

Offsideplus.az "Şəfa" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, satışdan toplanan pullar autizm sprektr pozuntusundan əziyyət çəkən uşaqların inkişafı fonduna köçürüləcək.

Bu məqsədlə artıq 200 biletin satışından yığılan vəsait fonda ianə olunub. 

Məqsəd auitzmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Bundan başqa, görüşün startından öncə azarkeşlər üçün təşkil olunan müsabiqədə bahalı hədiyyələr oynanılacaq.

Qeyd edək ki, "Şəfa" rəhbərliyinin matça biletləri 10 manata satması "Şahdağ Qusar" rəsmilərinin və azarkeşlərinin narazılığına səbəb olub.