AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qərar komitənin iclasında verilib.

Buna futbolçunun X turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Mirzəyevin klubu da 200 manat cərimələnib.

Qurum həmçinin “Ağdaş” klubunu 150 manat ödəməyə məcbur edib. "Ağdaş" X turda “Qusar”a qarşı keçirdikləri ev matçında yerli azarkeşlər pirotexniki vasitədən istifadə etdikləri üçün cəzalandırılıb.