"Füzuli" sentyabrın 8-də II Liqanın II turunda "Qusar" ilə qarşılaşdı. 2:2 hesabı ilə başa çatan görüş Şamaxı OİK-də baş tutdu.
Bölgə təmsilçisi daha öncə ev oyunlarını "ASK Arena"da keçirirdi. Niyə "Qusar"la qarşılaşma Şamaxıda baş tutub?
Klubun icraçı direktoru Vasif İsmayılov Offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:
"ASK Arena" ilə müqaviləmiz var idi. Stadiondan "Şəfa" və "Sabah" klubları da istifadə etdiyi üçün yer baxımından bəzi problemlər yarandı. Biz də Şamaxıya köçməli olduq. "ASK Arena" rəhbərliyinə təşəkkür edirəm ki, iki il həm Region Liqasında, həm də II Liqada oyunlarımızı orda keçirməyimizə şərait yaratdılar. İnşallah, Füzulidə stadion tikilər, ev oyunlarımızı orada keçirərik".