"Bu mövsüm yuxarı pillələr üçün mübarizə aparacağıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında II Liqada mübarizə aparan "Araz-Saatlı"nın klub prezidenti Ədalət Abdullayev bildirib.
Bölgə təmsilçisinin rəhbəri yeni mövsümə hazırlıqların davam etdiyini vurğulayıb:
"İddialı kollektiv formalaşdırmağa çalışırıq. Hazırlıqlar davam edir. 31 iyuldan məşqlərə başlamışıq. İki yoxlama oyunu keçirmişik və əlavə ikisini də planlaşdırırıq. Maddi vəziyyət bir o qədər də ürəkaçan deyil. Buna baxmayaraq çətinliklər bizi qorxutmur, əksinə, daha da mətnləşdirir. Hər şeyin daha yaxşı olacağına inanırıq".