Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Qızıl Liqasında ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız bu gün Bakıda 1-ci tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, milli komanda növbəti oyununu iyunun 1-də Sloveniyaya qarşı keçirəcək. Sabah isə Sloveniya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.

30 may 

Macarıstan - Azərbaycan 3:0 (25:13, 25:22, 25:20)