Azərbaycan çempionatının ilk günündə qadın idmançılar ağırlıqqaldırma yarışlarında mübarizə aparıblar.
Offsideplus.az xəbər verir ki, yarışın nəticələrinə əsasən, müxtəlif çəki dərəcələrində bir neçə idmançı çempion titulunu qazandı. Bu idmançılar arasında Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq), Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq) və Mələk Hüseynli (+87 kq) yer alıblar.
Qeyd edək ki, yarış Şüvəlanda keçirilən Ağırlıqqaldırma Akademiyasında təşkil olunub və sabah sona çatacaq.