I Liqada mübarizə aparan “Səbail” növbəti futbolçu transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, klub Ali Babaei ilə anlaşıb. Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı iranlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, son olaraq Kosovanın “Dukagjini” klubunda çıxış edib.