I Liqada çıxış edən "Baku Sportinq" çempionatın 2-ci hissəsinə hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu heyətini formalaşdırır. Buzovna təmsilçisi 6 futbolçu ilə yolları ayırıb. Söhbət Şahin Baleljae, Əli Əliyev, Elvin Dəmirov, Fərid Tağıyev, Xaqan Məmmədov və Uroş Yemoviçdən gedir. Klub adı çəkilən oyunçularla qarşılıqlı razılıq əsasında yolları ayırıb.
"Baku Sportinq" heyətini 4 futbolçu ilə gücləndirib. Son klubu "Şəfa" olan Qərib İbrahimov və Elmin Əskərli ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Cari "futbol ili"nin əvvəlində "Karvan"da top qovan Xəzər Mahmudov da transfer edilib. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Son olaraq "Mingəçevir"də çıxış edən İlkin Əliyev də heyətə qatılıb. Onunla da 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, "Baku Sportinq" 11 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşıb.