PSJ-nin qapıçısı Canluici Donnarumma "Monako"ya qarşı oyunun 22-ci dəqiqəsində üzündən zərbə alaraq, əvəzlənib. 

Offsideplus.az xəbər verir ki, dəhşətli zədədən sonra italiyalı qapıçının üzünə tikiş atılıb. 

Qeyd edək ki, Vilfred Sinqo butsu ilə Donnarummanın üzünə xəsarət yetirmişdi. 

Görüntüləri təqdim edirik: