"Neftçi” klubu 2020/2021 mövsümü üçün ilk transferini gerçəkləşdirib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Cabir Əmirli ilə 2 illik müqavilə bağlayıb. 23 yaşlı müdafiəçi komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

IMG 18684F E0C17E F9986F BA2C90 7CB5DF 49A086