2022-ci ilin futbol üzrə dünya kubokunun oyunlarına ev sahibliyi edəcək Qətərin Ər-Rayan şəhərindəki "Education City Stadium" idman arenasının açılış mərasimi olub.
Offsideplus.az xəbər verir ki, açılış mərasimi koronavirus pandemiyası zamanı stadionun tikintisində iştirak edən işçilərə həsr edilib. "Education City Stadium" dünya çempionatı üçün tikilən üçüncü arenadır. Stadion 45 350 yerlikdir və onun universitet şəhərciyinin mərkəzinə çevriləcəyi gözlənilir.
Daha əvvəl Doha və Əl-Vakra şəhərlərində 2022-ci ilin çempionatı üçün tikilən hərəsi 40 min nəfərlik "Xəlifə" və "Əl-Janub" stadionları istismara verilib. Ümumilikdə Dünya Kuboku üçün ölkənin 7 şəhərində 8 stadion tikiləcək.
Futbol üzrə dünya kuboku Qətərdə 2022-ci il noyabrın 21-dən 18-dək keçiriləcək.