İngiltərə Liqa kubokunun 2020/21 mövsümü ləğv oluna bilər.
Offsideplus.az xəbər verir ki, 1960/61 mövsümündən keçirilən turnirin ləğvi ilə təqvimdəki sıxlığın qarşısının alınacağı gözlənilir. Çünki cari mövsümün oynanılmadan başa çatdırılsa, növbəti futbol ilinə də təsir edəcək. Bu, Premyer Liqada komanda sayının 23-ə qaldırılması ilə nəticələnə bilər. Turların sayının da artması isə Liqa kubokunun ləğvinə əsas verəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının bərpa vaxtı bəlli deyil.