Almaniya Bundesliqasında mövsümün mayın 9-da bərpa olunacağı deyilsə də, yekun qərar təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, ESPN nəşri hökuməti məsələ ilə bağlı yekun qərar mayın 6-sında veriləcək.

Onlayn konfransda Almaniya kansleri Angela Merkel mövcud durumun həmin tarixdə dəyərlədiriləcəyini və son qərarın açıqlanacağını bildirib.

Alman Futbol Liqasının (DFL) son bəyanatında koronavirusa görə dayandırılan mövsümü 9 mayda bərpa etməyə hazır olduqları bildirilsə də, yekun qərarın siyasətçilər tərəfindən veriləcəyi qeyd olunmuşdu.

Bundesliqanın mümkün startı ilə bağlı qərar növbəti həftəyə təxirə salındığından, oyunların 9 mayda keçirilməyəcəyi dəqiqləşib.