“Arsenal” koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi qaydalara riayət edərək futbolçuları bir yerə yığıb.
Toplanışda fransalı hücumçu Aleksandr Lakazette, braziliyalı müdafiəçi David Luis və isveçrəli yarımmüdafiəçi Qranit Caka da olub. Onlar London təmsilçisinin bazasında hazırlıq keçiblər.
Qeyd edək ki, komandanın baş məşqçisi Mikel Artetada martın 12-də koronavirus aşkarlanmışdı. İspaniyalı mütəxəssis həmin dövrdən bəri klubun bazasına gəlməyib.