"Real"ın əvəzedici komandası olan "Real Madrid Kastilya"da mövsümün ilk 8 oyununda 62 zədələnmə baş verib. 

Offsideplus.az xəbər verir ki, klubda "Marbella" ilə qarşılaşmada 7, "İbiza" ilə görüşdə 8, "Vilyareal B", "Betis" və "Sabluqueno" matçlarında 7, "Herkules", "Sevilya" oyunlarında 8 və "Yeklano" ilə qarşılaşmada isə 9 zədələnmə yaşanıb.

Qeyd edək ki, komanda 8 matçda 1 qələbə, 4 bərabərlik və 3 məğlubiyyətlə üzləşib.