UEFA Kristiano Ronaldoya mükafat təqdim edəcək. 

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu portuqaliyalı ulduza Çempionlar Liqasında bütün zamanların bombardiri özəl mükafatını verəcək. Aleksander Çeferin 29 avqust tarixində keçiriləcək yeni formatlı püşkatmadan əvvəl Ronaldonu dünyanın ən prestijli idman yarışındakı möhtəşəm irsinə görə mükafatlandıracaq. 

Qeyd edək ki, Kristiano ÇL-də 183 oyuna 140 qol vurub. O, Leo Messini 11 top, Robert Levandovskini isə 46 top qabaqlayır.