PSJ-nin futbolçusu Kilian Mbappe komandanın tarixinə düşüb. 

Offsideplus.az  xəbər verir ki, "Nant"la oyunda (4:2) fərqlənən hücumçu klub tarixinin bombardiri adını qazanıb.

Qeyd edək ki, buna qədər sözügedən rekord Edinson Kavaniyə (200 qol) məxsus idi. 24 yaşlı futbolçu 201 qolunu vuraraq klub tarixinin vahid bombardiri adına yiyələnib.