"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo əfsanəvi boksçu Mayk Taysonla görüşüb.

Offsideplus.az xəbər verir ki, tərəflər Səudiyyə Ərəbistanının Əd-Diriya şəhərində keçirilən boks matçı zamanı bir araya gəliblər.

Qeyd edək ki, qış transfer pəncərəsində "Əl-Nəsr"ə keçən 38 yaşlı portuqaliyalı ulduz yeni komandasında 5 oyuna 8 qol vurub, 2 məhsuldar ötürmə verib.