Futbolun İnkişaf Fondu (FİF) 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz"a dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib.

Offsideplus.az xəbər verir ki, "Turan Tovuz"u əvvəlki gücünə qaytarmaq üçün komandanın baş məşqçisi Ayxan Abbasov da "Turan 100k" layihəsində iştirak etməyə çağırır.

Dəstəyinizi göstərərək, klubun tarixində öz yerinizi ala bilərsiniz: https://turan100k.az/