"Barselona"nın futbolçuları Antuan QrizmannUsman Dembelenin irqçilik etdiyi video sızdırılıb.

 Offsideplus.az "GiveMeSport"a istinadən xəbər verir ki, hər iki oyunçu asiyalı otel işçilərini ələ salıb, onlara qarşı irqçi ifadələr səsləndiriblər.  Dembele bu sözləri deyib: "Bütün bu çirkin üzlərə bax, sadəcə PES oynaya bilirsiniz deyə heç utanmırsız? Nə geridəqalmış dildir bu? Əminsiz ki, ölkəniz texnoloji olaraq inkişaf edib?"

Videonun sosial şəbəkələrdə gündəm olmasından sonra Qrizman və Dembele üzr paylaşımları edib. 

Dembele: "Hamıya salamlar. 2019-cu ildə çəkilmiş şəxsi video sosial şəbəkələrdə viral olub. Həmin görüntülər Yaponiyadan çəkilsə də, dünyanın istənilən ərazisində ola bilərdi. Bəzi ifadələrdən istifadə etmişəm. Niyyətim hər hansısa irqi və ya cəmiyyəti hədəf almaq deyildi. Bəzən şəxsi həyatımda, dostlarımın yanında bu cür ifadələrdən istifadə edirəm. Hazırda bu video yayılıb... Səmimi qəlbdən üzr istəyirəm".

 Qrizmann: "Hər cür ayrıseçkiliyə qarşı mübarizə aparmışam. Son zamanlar, insanlar məni olmadığım biri kimi təsvir etməyə çalışır. Mənə qarşı olan ittihamları rədd edir və yapon dostlarımı incitmişəmsə, onlardan üzr istəyirəm".

 

Screenshot 2021 07 05 215918