"Everton"un baş məşqçisi Karlo Ançelottinin evinə oğrular daxil olub.

Offsideplus.az DailyMail-ə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarındabaş verib. Ançelotti 36 yaşlı qızını evdə qoyub çıxandan sonra naməlum şəxslər mənzilə soxulublar. Evdə tək olan 61 yaşlı italyan mütəxəssisinin qızı onları qorxudaraq qaçırıb. Polisin məlumatına görə, qarətçilər bununla belə, Ançelottinin seyfini aparıblar. 

Faktla bağlı araşdırma aparılır.