PSJ-nin braziliyalı ulduzu Markinyos son Çempionlar Liqası 1/8 finalının cavab matçında yaşananlara aydınlıq gətirib.

 Offsideplus.az xəbər verir ki, "Desimpedidos" adlı "Youtube" kanalında qonaq olan futbolçu "Borussiya Dortmund"la oyundan əvvəl norveçli futbolçunun "Paris mənim şəhərimdir, sizin deyil" paylaşımını xatırladaraq, Neymarın buna cavab verdiyini xatırladıb:

"Neymar sadəcə futbolçu deyil. O provokasiyadan qorxmur və bunlara cavab verməyi çox sevir. Oyunda qol vurduqdan sonra, ona xəbərdarlıq edərək matçın sonunu gözləməyi tapşırdım. Ancaq o onu rahat buraxmağımı istədi".

Qeyd edək ki, Erlinq Holandın paylaşımına Neymar həm qol vurduqdan sonra, həm də öz "İnstagram" profilindən "Paris bizim şəhərimizdir, sənin yox" yazaraq cavab vermişdi.