FIFA referisi Elçin Məsiyevə Slovakiyada təşkil olunan 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında üçüncü dəfə etimad göstərilib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qitə çempionatının 1/4 final mərhələsində Almaniya - İtaliya oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.

Oyun iyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Elçin Məsiyev bundan öncə qrup mərhələsinin Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.