"Kəpəz" futbol klubuna yeni baş məşqçi təyinatı gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Adil Şükürov təyin olunub.
Onunla 2 illik müqavilə imzalanıb.
A.Şükürov ikinci dəfə "Kəpəz"də baş məşqçi işləyəcək. O, 2023-cü ilin noyabrından 2024-cü il avqustuna qədər bu funksiyanı yerinə yetirib.
Lakin ötən mövsümün əvvəlində uğursuz nəticələrdən sonra istefa verən Adil Şükürovu Azər Bağırov əvəzləmişdi.
A.Bağırov isə ötən ay, çempionatın axırıncı turunda "Turan Tovuz"la qarşılaşmadan sonra gəncəlilərlə vidalaşmışdı.
Xatırladaq ki, A.Şükürov futbolçu qismində də "Kəpəz"in şərəfini qoruyub. O, 1999/2000 mövsümündə Gəncə təmsilçisinin heyətində Azərbaycan çempionatının gümüş medalını qazanıb və ölkə kubokuna sahib çıxıb.