"Fiorentina"da çıxış edən Nikolo Zanyolonun adı yenə bir qalmaqalda səslənir.
Offsideplus.az xəbər verir ki, italiyalı hücumçu "Roma" və "Fiorentina"nın aşağı yaş komandaları (Primavera) arasında baş tutan matç zamanı soyunub-geyinmə otağına gedərək "canavarlar"ın iki futbolçusu ilə mübahisə edib. Onun gənc oyunçuları yumruqladığı deyilir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Zanyolo isə bu iddiaları rədd edib. O, sadəcə onları təbrik etmək istədiyini, lakin qarşı tərəfdən təhqirlər eşitdiyini deyib.
İtaliyada hadisə ilə bağlı istintaq başlanılıb.
Əlavə edək ki, Florensiya klubunda icarə əsasında çıxış edən Zanyolo müqavilə ilə "Qalatasaray"a məxsusdur. O, yayda İstanbul klubuna qayıdacaq.



