FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək