AFFA-nın əməkdaşları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminarda iştirak ediblər.
Offsideplus.az AFFA-nın rəsmi saytına xəbər verir ki, müzakirələrə qurumun Klubların Lisenziyalaşdırılması Departamentinin nümayəndələri qoşulublar.
Seminarın gündəliyində 9 məsələ yer alıb. 
Həmyerlilərimiz bu mövzular ətrafında müzakirələr aparıblar:
1. Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması;
2. Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;
3. Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;
4. Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
5. Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);
6. Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;
7. Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;
8. UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;
9. UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı