Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir.
Ölkədə son sutka ərzində 7140, hazırkı dövrədək isə 980978 test aparılıb.