İlk yarıdan sonra fasilədə baş məşqçi ilə ulduz futbolçu arasında dava baş verib.

Offsideplus.az xəbər verir ki, "Roma"nın çalışdırıcısı İvan Yuriç ilə Canluka Mançini paltardəyişmə otağında əlbəyaxa dalaşıb. Bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Hadisə İtaliya A Seriyasının IX turunda "Fiorentina" ilə səfər qarşılaşmasında qeydə alınıb. Qonaqların "5-1" hesabı ilə məğlub olduqları matçdan sonra "Roma" klubunun prezidenti Dan Friedkinin Yuriçi komandadan göndərməyi düşündüyü iddia olunur.

Onun yerinə əsas namizəd kimi Daniel De Rossi göstərilir.