Roberto Mançiniyə şok məbləğdə təzminat ödəniləcək.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olan Mançini postundan göndərilib. Təcrübəli mütəxəssislə yol ayrılarkən 78 milyon avro təzminat alacaq. Bu barədə "Daily Mirror" məlumat yayıb.

Səudiyyə Ərəbistanı yığmasını 18 matçda meydana çıxaran çalışdırıcı 7 qələbə, 5 bərabərlik və 6 məğlubiyyətlə üzləşib.