"Mançester Yunayted"in əfsanələrindən Erik Kantona Ser Aleks Ferqyusonun klub səfiri işinə son qoyulmasını qınadı.

Offsideplus.az xəbər verir ki, Kantona "qırmızı şeytanlar"ın rəhbərliyinin verdiyi qərarın yanlış olduğunu düşünür. O, sosial media hesabındakı paylaşımında belə qeyd edib:

"Aleks Ferqyuson ölənə qədər komandada istədiyini edə bilməlidir. Bu addım ona qarşı böyük bir hörmətsizlikdir, tamamən skandaldır".

Qeyd edək ki, Premyer Liqa təmsilçisinə ötən il ortaq olan və klubun futbol idarəçiliyini üzərinə götürən Cim Retkliffin rəhbərlik etdiyi INEOS xərcləri azaltmaq proqramının bir hissəsi olaraq Ferqyusonun klub səfiri vəzifəsini sonlandırıb.