Türkiyə kubokunun II turu çərçivəsində baş tutan "Osmaniyespor" - "Diyarbekirspor" oyunu yarım qalıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb matçın 117-ci dəqiqəsində qonaq komandanın meydanı tərk etməsi olub. 

Ev sahiblərinin qazandığı cərimə zərbəsindən sonra "Diyarbekirspor"un məşqçilər korpusu futbolçuları kənara çağırıb və oyunçular paltardəyişmə otağına yollanıb.

Komandanın hakimə qarşılıq olaraq belə bir addım atmasına rəqibi nə qədər mane olmağa çalışsa da səyləri nəticə verməyib və görüş yarım qalıb.