2024-cü ilin yayında futboldan ayrılan əfsanəvi yarımmüdafiəçi Toni Kros Premyer Liqa ilə bağlı maraqlı suala maraqlı cavab verib.
Offsideplus.az xəbər verie ki, “Real”da 10 ildən sonra futbolu tərk edən Kros “Mançester Yunayted”ə keçidinin son anda necə uğursuzluğa düçar olmasından danışıb.
O, "Premyer Liqada oynamaq istərdinizmi?" sualına belə cavab verib: "2014-cü ildə "Mançester Yunayted"lə müqavilə imzalamışdım. Ancaq məni istəyən baş məşqçi Devid Moyes istefaya göndərildi və yerinə Lui van Qal gətirildi. Bu dəyişiklikdən sonra hər iki klub transferi ləğv etmək qərarına gəldi."
O zaman “Bayern”də çıxış edən Kros bu dəyişiklikdən sonra “Mançester Yunayted” əvəzinə “Real Madrid”ə transfer olundu və adını klubun əfsanələri sırasına yazdırdı.