"Panatinaikos" – "Qalatasaray" basketbol yoldaşlıq oyununda baş məşqçi Ergin Ataman matçdan sonra diqqətçəkən bir addım atıb.
Offsideplus.az xəbər verir ki, çalışdırıcı "Qalatasaray"ın səfərdə "Fənərbağça"ya 3:1 hesabı ilə qalib gəldiyi derbiyə işarə edərək, azarkeşlərə əli ilə hesabı göstərib.
Onun bu hərəkəti sosial mediada xaosa səbəb olub və Ataman "Fənərbağça" ictimaiyyətinə üzrxahlıq mesajı yaymaq məcburiyyətində qalıb. O, paylaşımında derbi hesabının yanlış başa düşüldüyünü bildirərək, "Fənərbağça" azarkeşlərindən üzr istəyib.