Fransanın sabiq prezidenti Nikolya Sarkozi PSJ-nin hücumçusu Kilian Mbappenin komandadan ayrılmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Sarkozi bildirib: “Kilian PSJ-yə yeddi ilini verdi, bunu unutmamalıyıq. Lakin onun gedişi hamımızın yaşadığı bir həqiqəti ortaya qoyur: biz həmişə başqa yerlərdə imkanların daha yaxşı olduğunu düşünürük. Mbappenin ayrılmaq istəyini başa düşürəm, arzularını anlayıram, amma bunu necə edə bildiyini anlamaq mənim üçün daha çətindir. Seçim onundur”.

Xatırladaq ki, Kilian Mbappe ötən yay azad agent kimi "Real"a transfer olunub. Bu mövsüm 25 yaşlı hücumçu bütün turnirlərdə 8 oyunda 6 qol vurub və bir məhsuldar ötürmə edib.