"France Football" nəşri mövsümün gənc oyunçusuna təqdim olunan "Kopa" mükafatına 2023-24 mövsümü üzrə namizədləri açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, ilk "10-luq"da qərarlaşan futbolçular aşağıdakılardır: 

Pau Kubarsi ("Barselona"), Alexandro Qarnaço ("Mançester Yunayted"), Arda Gülər ("Real Madrid"), Karim Konate ("Saltsburq"), Kobbi Mayno ("Mançester Yunayted"), Joao Neves (PSJ), Savinyo ("Mançester Siti"), Matis Tel ("Bayern Münhen"), Lamin Yamal ("Barselona"), Varren Zayre-Emeri (PSJ).

Qeyd edək ki, "Qızıl Top" və digər mükafatların təqdim olunacağı mərasim oktyabrın 28-də baş tutacaq.