AFFA-nın növbəti Hesabat Konfransının vaxtı məlum olub. 

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, konfrans martın 7-də baş tutacaq.

Bildirilir ki, konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub: 

- Prezident tərəfindən iclasın açıq elan edilməsi;
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.