Koronavirusa yoluxan Çeçenistan lideri, "Axmat" döyüş klubunun prezidenti Ramzan Kadırovla bağlı yeni məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, koronavirusa yoluxan Kadırovun ağciyərinin 70 faizi zədəli haldadır.

Bu hal Çeçenistan prezidentinin vəziyyətinin ağır olduğunu göstərir.

Qeyd edək ki, Ramzan Kadırov təxminən iki-üç həftə əvvəl Urus-Martan rayonunun başçısı Valid Abdurrəşidovu ziyarət edərkən koronavirusa yoluxmuşdu.