“Yerli arenada çıxış etmək, insanların dəstəyi məni qızıla bir az da yaxınlaşdırdı”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın lll MDB Oyunlarında 71 kq çəki dərəcəsində mübarizə aparan güləşçisi Nihat Abasov deyib.

Qızıl medal qazanan idmançı qələbə təəssüratlarını bölüşüb: “Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Xaçmazda ciddi təlim-məşq toplanışı keçmişdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Qələbəmi məşqçilərimə və ailəmə həsr edirəm. Növbəti yarışlarda da uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Nihat Abasov final qarşılaşmasında Rusiya təmsilçisi Zubair Baqilovu məğlub edib.