Azərbaycanın 20 yaşadək sərbəst güləşçilərindən ibarət komandası İranın Behşehr şəhərində keçiriləcək “Necad Haşimi kuboku”na qatılacaq.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah start götürəcək yarışda 20 idmançımız qüvvəsini sınayacaq.
İranda xalça üzərinə böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov (61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə, Sübhan Səfərli (hamısı 65 kq), İsmayıl Rəhimli, Adəm Bağırov, Nurlan Ağazadə, Sadiq Hüseynov (hamısı 70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) çıxacaqlar.



