Albaniyana paytaxtı Tiranada keçirilən güləş üzrə "Muhamet Malo" turniri davam edir.
Offsideplus.az xəbər verir ki, sərbəst güləşçi Cəbrayıl Hacıyev bürünc medal qazanıb.
O, medal uğrunda döyüşdə hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.
Bu, sərbəst güləşçilərin reytinq turnirində qazandığı dördüncü medal olub.
Daha əvvəl Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.


