Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Asif Şirəliyev gənclər və yeniyetmələr arasındakı ölkə çempionatında diqqət çəkən bəzi mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, turnirin baş hakimi qeydə alınan və müzakirələrə səbəb olan anlarla bağlı güləş qaydalarının xüsusi detallarını geniş şəkildə izah edib. Xatırladaq ki, sözügedən yarış fevralın 3-dən 13-dək Gəncə İdman Sarayında keçirilib.

Bu il icrasına başlanılan layihənin əsas hədəfi hakimlikdə şəffaflığı qorumaq və həm idmançılar, həm də azarkeşlər arasında güləş qaydaları barədə məlumatlılıq səviyyəsini yüksəltməkdir.