Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri — Namiq Abdullayev, Fərid Mansurov, Pərvin Piriyev və Rafiq Hüseynov Şuşa və Xankəndidə bir sıra görüşlər keçiriblər.

Offsideplus.az xəbər verir ki, federasiya rəsmiləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə yanaşı, yerli məktəblərdə və Qarabağ Universitetində tələbə-müəllim heyəti ilə bir araya gəliblər.

Görüşlər zamanı Azərbaycan idmanının əfsanələri öz zəngin karyeraları barədə məlumat verib, gənclərin suallarını cavablandırıb və onlara dəyərli tövsiyələrini çatdırıblar. AGF gələcək nəslin motivasiyasını yüksəltmək məqsədilə bu cür görüşləri mütəmadi olaraq davam etdirməyi planlaşdırır.