Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.
Bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Bu mənada ilk belə yarış 7-11 yanvar tarixlərində keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.


