"Tottenhem"in üzvü Troy Perrott əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçunun kor bağırsağında problem yaşanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, kəskin qarın ağrıları olan Troy xəstəxanaya çatdırılıb. Həkimlər onun kor bağırsağını əməliyyat ediblər.

Futbolçunun iyunun sonlarında məşqləri qoşula biləcəyi bildirilib.