Azərbaycanlı hakim Tofiq Bəhramovun iştirak etdiyi 1966-cı il dünya çempionatının finalı ən yaxşı oyunlar siyahısında yer alıb.
Offsideplus.az xəbər verir ki, sözügedən qarşılaşma Yunanıstanın "Gazzetta" nəşri tərəfindən hazırlanan tarixin ən yaxşı 50 matçı siyahısında 22-ci olub.
İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda İngiltərə və Almaniya millilərinin qarşılaşmasında əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda təşkilatçı ölkə yığması 2 qol vuraraq tarixində ilk və hələlik yeganə çempionluğu qazanıb. Tofiq Bəhramov əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolu qeydə almaqla tarixi qərar verib.
Bu qol uzun illər müzakirə mövzusu olub. Texnoloji təhlillərdən sonra Bəhramovun düzgün qərar verdiyi bildirilib.