Avrokubokların 2020/21 mövsümünün B planı bəlli olub.

Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan milli çempionatlar davam etdirilməsə, qitə kuboklarına vəsiqələr turnir cədvəlinə əsasən yox, klubların UEFA reytinqindəki hazırkı mövqeyinə əsasən müəyyənləşəcək.

B planı işə düşəcəyi təqdirdə, gələn mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 26 klubun adları bəllidir. İngiltərədə son 5 il ərzində ən yüksək reytinq "Mançester Siti"nin olsa da, "şəhərlilər"in diskvalifikasiyası "Tottenhem"in yolunu açacaq: "Liverpul", "Mançester Yunayted", "Arsenal", "Tottenhem", "Real", "Atletiko", "Barselona", "Sevilya",  "Bavariya", "Borussiya (Dortmund), "Bayer", "Şalke", "Yuventus", "Roma", "Napoli", "Latsio", PSJ, "Lion", "Monako", "Zenit", MOİK,  "Portu", "Şaxtyor", "Gent", "Beşiktaş""Zalsburq".

6 komanda pley-offdan yoluna davam edəcək. Bu plan təsdiqlənərsə, Azərbaycandan "Qarabağ" Çempionlar Liqasına, "Qəbələ", "Neftçi" və "Səbail" Avropa Liqasına vəsiqə qazanacaq. //APA