"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola koronavirusa görə maaşının azaldılmasına razılaşıb.

Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis klubun bu mövzuda şərtlərini qəbul etsə də, maaşların azaldılması üçün son anlaşma əldə olunmayıb.

Qvardiola anasının dəfnindən (anası 82 yaşında koronavirusdan vəfat edib) qayıtdıqdan sonra qərarını verəcək. 

Qeyd edək ki, Xosep Qvardiolanın illik qazancı 20 milyon avrodur.