Dani Karvaxal karyerasının son mərhələsi üçün Qətər, Səudiyyə Ərəbistanı və ABŞ klublarından daxil olan təklifləri nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, buna baxmayaraq, ispan müdafiəçinin əsas istəyi “Real Madrid”də qalmaqdır və bu mövzuda aparılan danışıqlar tələsmədən, sakit şəkildə davam etdirilir.

Klubdaxili mənbələrin məlumatına görə, qərar qarşılıqlı razılaşma ilə veriləcək və bu, mütləq mövsümün sonunadək gözlənilməyə də bilər.